Xarici könüllülər Azərbaycanda vətəndaşlara xidmət göstərilməsi təcrübəsini öyrənirlər - ASAN

11:11 - 20.07.2018


20 iyul, Fineko/abc.az. ASAN mərkəzlərində xarici könüllülər üçün praktiki məşğələlər keçirilir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında deyilir ki, iyulun 19-dan avqustun 3-nə qədər , Serbiya, Niderland, Pakistan, Çin və  Hindistandan gələn könüllülər ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak edəcəklər.

“Xarici könüllülər 1, 3 və 5 saylı ASAN mərkəzlərinin fəaliyyəti ilə tanış oldular, burada iş prinsipləri və ASAN könüllüləri haqqında  məlumat əldə etdilər”, - deyə məlumatda bildirilir.

Könüllülər üçün təlimlər “Create your eden” layihəsi çərçivəsində keçirilir.

 


Other news