Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı xəbərdarlıq

15:25 - 26.07.2018


26 iyul, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən 26 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün  ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və  belə şərait 27 iyul 2018-ci il tarixinədək davam edəcəyi proqnozlaşdırılır.

Other news