AGBankın 2018-ci ilin 6 ayı ərzində fəaliyyəti nəticəsində xalis zərəri 5 milyon manatdan artıq təşkil edib

16:26 - 26.07.2018


26 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən AGBank-ın aktivləri 2018-ci ilin birinci yarısında 0,1% azalaraq 487,79 milyon manat təşkil edib.

Hesabat dövrünün sonuna kredit portfeli 6,8% azalaraq 263,612 milyon manat təşkil edib.

2018-ci ilin iyul ayının əvvəlində bankın öhdəlikləri 0,8% artaraq 444,595 milyon manat təşkil edib.

30 iyun 2018-ci il tarixinə bankdakı depozitlər 1% artaraq 218,779 milyon manat təşkil etmişdir, o cümlədən, əhalinin depozitləri 3,0% azalaraq 164,807 milyon manat təşkil etmişdir.

Bankın kapitalı hesabat dövrünün sonunda 8,4% azalıb və 43,195,06 min manat təşkil edib, nizamnamə kapitalı isə 1,2% artaraq 103,4 milyon manat təşkil edib.

Bankın 2018-ci ilin 6 ayı üzrə fəaliyyəti nəticəsində xalis zərərləri 5,139,4 min manat təşkil edib.

AGBank 1992-ci ildə təsis olunub və Azərbaycanın 15 aparıcı  bankları siyahısına daxildir.

 

Other news