Avtovağzalın qarşısından keçən yol hissəsində sabah səhər saatlarından hərəkət məhdudlaşdırılacaq

15:36 - 27.07.2018


27 iyul, Fineko/abc.az. Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu üzdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Məlumata əsasən, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı İdman Kompleksinə gedən yol vasitəsilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Alternativ yollar:

1. Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:

- Balaxanı-Zabrat yolu vasitəsilə Heydər Əliyev prospektindən,

- Binəqədi şosesindən,

- Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsilə Heydər Əliyev prospektindən şəhərə daxil olmaq mümkündür.

2. H.Z.Tağıyev-Sahil avtomobil yolundan:

- Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,

- Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

3. Bakı-Sumqayıt yolundan:

- Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şosesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsilə Heydər Əliyev prospektindən,

- Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsilə Binəqədi şosesindən, həmçinin 4-cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,

- Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,

- Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.

Other news