İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü

12:35 - 30.07.2018


30 iyul, Fineko/abc.az. İyulun 30-da İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan prezidenti qeyd etdi ki, Azərbaycanla Avropa İttifaqı arasında  sənədin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir.

“Azərbaycan-Avropa İttifaqı əlaqələri gündəliyi genişdir, Bakı ilə Brüssel arasındakı əməkdaşlıq uğurla inkişaf edir”, - İlham Əliyev belə deyib.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır, Şimali Atlantika alyansı Azərbaycan qoşunlarının Əfqanıstanda sülhməramlı əməliyyatlarında iştirakını yüksək qiymətləndirir.

Toivo Klaar əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı və yaxın vaxtlarda Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq haqqında yeni müqavilənin imzalayacağına ümidvar olduğunu bildirdi.

“Görüşdə həmsöhbətlər arasında əməkdaşlıq perspektivləri, o cümlədən nəqliyyat, ticarət və turizm sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb”, - dövlət başçısının saytında belə deyilir.

 

Other news