22:12 - 30.07.2018
30 iyul, Fineko/abc.az. Azərbaycanın Tarif (qiymət) Şurası ictimai nəqliyyatda gediş haqqını artırdı.
Şuranın təqdim etdiyi məlumatda deyildiyi kimi, Bakının ictimai nəqliyyatında və Bakı Metropolitenində gediş 50% qalxaraq 0,3 manat təşkil etdi.
Sərnişin daşımaları və qəsəbələrarası daşımalar məsafədən asılı olaraq 1 gediş üçün 0,3-0,9 manat təşkil edəcək.
Müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik (0,024 manat) təsdiq edilib.
Yeni tariflər 1 avqust 2018-ci il tarixindən qüvvəyə minəcək.
Gediş haqqının qaldırılmasının təşəbbüskarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Qurum, qiymətlərin artmasının səbəbi kimi, sərnişin daşımaları xidmətlərində xərclərin artmasını, avtobus və ehtiyat hissələrinin xarici valyuta ilə alınmasını, göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını, Bakı Metropoliteninin ehtiyaclarına və digər xərclər üçün dövlət büdcəsindən dotasiyaların azaldılmasını qeyd edir.
Tarif (qiymət) Şurasının məlumatına görə, hətta Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının qaldırılmasından sonra da qiymətlər MDB ölkələrinin əksəriyyətindən aşağı olacaq.
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
18 April 2024