Azərbaycan nefti bahalaşdı

10:14 - 31.07.2018


31 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,22 (0,3%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,40 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 30 iyul tarixli ticarətin nəticəsində 1,44 dollar (2,1%) yüksələrək bir barelə 70,13 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 30 iyul tarixli ticarətin nəticəsində 0,68 dollar (0,92%) yüksələrək  bir barelə 74,97 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 30 iyul tarixli ticarətin nəticəsində  4,84 dollar / barelə təşkil edir.

 

Other news