Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ADAU-da müzakirələr aparıblar

12:15 - 31.07.2018


31 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və məsləhətçi Martis van Splunter Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görüş keçiriblər. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaqlar universitetin beynəlxalq əlaqələri, tədrisdə və elmdə innovativ metodların tətbiqi, startap layihələrin dəstəklənməsi, məsləhət xidməti təşkilinin mövcud vəziyyəti ilə tanış olub, qarşıda duran prioritet vəzifələri müzakirə ediblər. Universitetin bir qrup əməkdaşının iştirak etdiyi görüşdə fikirlər dinlənilib, təkliflər irəli sürülüb. Daha sonra qonaqlar universitetin tədris auditoriyaları, laboratoriyalar, mərkəzlər, əsaslı kitabxana, tələbə evləri, idman zalları ilə tanış olublar. 

Hər iki qonaq ADAU I Beynəlxalq Yay Məktəbinin iştirakçıları qarşısında mühazirələr söyləyib, tələbələrə sertifikatların təqdimatı mərasimində iştirak ediblər.

Other news