Avropa Komissiyası TANAP layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb

15:20 - 31.07.2018


31 iyul, Fineko/abc.az. Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) boru kəməri layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb.

Bildirilib ki, qrant Avropa Komissiyasının enerji layihələrini dəstəkləyən CEF (Connecting Europe Facility) Enerji Proqramı çərçivəsində təmin edilib. Avropa İttifaqına üzv ölkələr bir sıra layihələrə 48,4 milyon avro dəyərində investisiya qoymağı qərara alıb. TANAP-da bu layihələr içərisində yer alan iki qaz layihəsindən biridir.

Other news