Müdafiə naziri cəbhə zonasında yerləşən bölmələrdə olub

11:08 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Müdafiə naziri və nazirliyin rəhbərliyi cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, general-polkovnik Zakir Həsənova  ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib.

“Müdafiə naziri bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib”, - məlumatda belə deyilir.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

 


Other news