Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 10% səviyyəsində təsbit etdi

12:02 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə uçot dərəcəsini dördüncü dəfə nəzərdən keçirib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, bankın idarə heyəti uçot dərəcəsini 10% səviyyəsində saxlamağa qərar verib.

“Faiz dəhlizinin yuxarı və aşağı həddi +/- 2%, maksimum 12% və minimum 8% olacaq”, - deyə E.Rustamov bildirib.

Azərbaycan Mərkəzi Bankı 12 fevral 2018-ci il tarixində  uçot dərəcəsini 15%-dən 13%-ə endirdi. İkinci dəfə isə dərəcə 9 aprel tarixində 13%-dən 11%-ə endirildi. AMB-nin 14 iyun tarixli qərarı ilə, dərəcə yenidən 11%-dən 10%-ə endirildi.

 

Other news