“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim keçirilib

01.08.2018,18:25


1 avqust, Fineko/abc.az. Təlimdə Sabunçu Rayon Məhkəməsinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bank of Bakunun, Aztelekom MMC-nin nümayəndələri, 15 və 18 saylı vəkil bürosunun üzvləri iştirak etmişdir.

Təlimdə iştirakçılara müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, təlim iştirakçılarına dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, habelə müsahibə nəticəsindən apellyasiya şikayətlərinə baxılması qaydası barədə təqdimat olunmuşdur. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmışdır.