Azərbaycan nefti ucuzlaşdı

10:49 - 2.08.2018


2 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 3,27 (4,32%) dollar yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 72,48 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  1 avqust tarixli ticarətin nəticəsində 1,1 dollar (1,6%) enərək bir barelə 67,66 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 1 avqust tarixli ticarətin nəticəsində 1,82 dollar (2,45%) enərək  bir barelə 72,39 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 1 avqust tarixli ticarətin nəticəsində  4,73 dollar / barelə təşkil edir.

 

Other news