Rusiya Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat əməkdaşlığı üzrə Saziş layihəsini təsdiqləyib

11:54 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Rusiyanın Baş naziri Dmitri Medvedev, Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında razılaşma layihəsini təsdiqləyib, danışıqlar aparmağı və sazişi imzalamağı tapşırıb.

Baş nazirin sərəncamına əsasən, Rusiyanın Nəqliyyat Nazirliyi Rusiya XİN-in iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmaq, Razılıq əldə edildikdən sonra, zərurət yarandıqda, əlavə edilən layihəyə prinsipial xarakter daşımayan dəyişikliklər etmək icazəsi ilə, Rusiya hökuməti adından qeyd edilən sazişi imzalamaq tapşırılıb.  Gələcək sazişin məqsədi “Xəzər dənizi regionunun,  inkişaf etmiş infrastrukturu  və beynəlxalq daşımalarda tərəflərin qarşılıqlı yüksək səviyyəli əlaqəsi olmaqla  iri  beynəlxalq nəqliyyat və logistika mərkəzinin formalaşması və inkişafı”dır.

Həmçinin qeyd edilir ki,  saziş imzalandığı təqdirdə, onun həyata keçirilməsi “Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafına” kömək edəcək.

 

Other news