Avqustun 4-də gözlənilən hava haqqında məlumat

14:54 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Sabah, avqustun 4-də Bakıda və Abşeronda hava  dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Yarımadada gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 45-50% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə ehtiyatlı olmaq tövsiyə olunur.

Azərbaycanın rayonlarında sabah hava  əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı xəbər verilir. Qərb küləyi əsəsək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Abşeronda və ayrı-ayrı rayonlarda avqustun 6-dək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi şimal və qərb rayonlarında avqustun 4-6-da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

 

Other news