Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 4% artıb

17:01 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artmaqda davam edir.

AMB-dan verilən məlumata görə, 31 iyul tarixinə bankın valyuta ehtiyatları  5546,9 milyon dollar təşkil edib.

Eyni zamanda, 29 iyun tarixində  Mərkəzi Bankın valyuta ehtiyatları 5512,7 milyon dollar,  mayın 31-də 5471,4 milyon dollar, aprelin 30-da 5465,8 milyon dollar, martın 30-da 5508,0 milyon dollar, fevralın 28-də 5387,3 milyon dollar və yanvarın 31-də 5381,2 milyon dollar təşkil etmişdir.

2017-ci ilin əvvəlində AMB-in valyuta ehtiyatları 5334,6 milyon dollar təşkil edib. 2018-ci ilin yanvar-iyun aylarında bankın ehtiyatları 3,8% artıb.

 

Other news