Azərbaycan nefti ucuzlaşıb

11:16 - 6.08.2018


6 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,04 (0,05%) dollar düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,52 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  3 avqust tarixli ticarətin nəticəsində 0,47 dollar (0,68%) enərək bir barelə 68,49 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 3 avqust tarixli ticarətin nəticəsində 0,24 dollar (0,33%) enərək  bir barelə 73,21 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 3 avqust tarixli ticarətin nəticəsində  4,72 dollar / barelə təşkil edir.

 

Other news