Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

15:46 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan leysan yağış nəticəsində bəzi çaylarda sululuq artmış, Baş Daşağıl çayından isə qısamüddətli sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 110, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan MR çaylarında isə 5  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 50 m3/s olmaqla ongünlük normanın 38 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 12,5 m3/s təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1,  Şirvanda 4, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, lakin Salyanda isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 319 sm (2017-ci il avqustun 06-da 348 sm), Şirvanda 159 sm (2017-ci il avqustun 06-da 203 sm), Salyanda 85 sm (2017-ci il avqustun 06-da 117 sm), Bankədə 175 sm (2017-ci il avqustun 06-da 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2017-ci il avqustun 06-da 60 sm) təşkil edir. 

Other news