“ADY Express” Maqnitiqorsk Metallurgiya Kombinatının yüklərinin Bakı-Tbilisi-Qars marşrutu ilə çatdırılmasını təşkil edir

16:29 - 7.08.2018


7 avqust, Fineko/abc.az. “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC  Türkiyəyə metal məhsullarının çatdırılması üçün yeni marşrut təşkil edib.

Şirkətin xəbərində deyildiyi kimi, MMK,  Maqnitiqorsk – Bakı – Tbilisi – Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını çatdırıb.

“Hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır”, - deyə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın  Türkiyədəki törəmə müəssisəsinə çatdırıldı. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafədə qət edib. Xatırladaq ki, “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsi ilə yalnız dəniz yolu ilə həyata keçirilmişdir: bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür.

 

Other news