Alan Luşnikov Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə danışdı

12:50 - 8.08.2018


8 avqust, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikovu qəbul edib.

Görüş zamanı nazir Şahin Mustafayev bildirib ki, nəqliyyat, ölkələr arasında əməkdaşlığın vacib sahələrindən biridir.

“Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Şimal-Cənub layihəsi hər iki ölkə üçün əhəmiyyətlidir və nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmlidir. Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisi də nəqliyyat və ticarət əlaqələrinin inkişafında, daşımaların artmasında əhəmiyyətli olacaq”, - deyə nazir bildirib.

Görüş zamanı RF-in nəqliyyat nazirinin müavini Alan Luşnikov  bildirib ki,  “Şimal-Cənub” layihəsi uğurlu nəqliyyat dəhlizlərindən biridir, nəqliyyat sektorunda əməkdaşlığın perspektivləri, daşınmaların  artırılması, Azərbaycanla Rusiya arasında birgə layihələr haqqında fikirlərini söyləyib.

 

Other news