“Abituriyent Məsləhət Mərkəzləri” 11 və 12 avqust tarixlərində də fəaliyyət göstərəcəklər

15:22 - 10.08.2018


10 avqust, Fineko/abc.az. Ali təhsil müəssisələrinin ixtisas seçimi avqustun 13-də başa çatır. Bunu nəzərə alaraq abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” işlərini 11 və 12 avqust tarixlərində də davam etdirəcəklər.

“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetinin əsas binasında fəaliyyət göstərəcəklər .

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

“Abituriyent Məsləhət Mərkəzləri” nin ünvanları : Bakı şəhəri, Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71.

Qərbi Kaspi Universiteti, Əsas bina

Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət 27

Telefon:+994 12 492 74 18

Dövlət İmtahan Mərkəzinin regional bölmələri

Naxçıvan MR Regional Bölməsi 

Naxçıvan şəhəri, Nizami küçəsi, 10 

+99 (036 5) 44 04 02;

Göyçay Regional Bölməsi

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43

+99 (020 27) 4 66 74; 

Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182 

+99 (024 24) 4 66 14;

Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b

+99 (023 32) 5 01 21;

Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52 

+99 (025 25) 5 24 82;

Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina

+99 (022 25) 6 50 67;

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19

(021 21) 5 15 23;

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100

(020) 205-01-86. 

Şəmkir Regional Bölməsi

Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”

Other news