Azərbaycanın əsas kapitalına yönəldilən investisiyalar 18% azalıb

13:17 - 14.08.2018


14 avqust, Fineko/abc.az.  Yanvar-iyul aylarında maliyyə mənbələrindən əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9% az vəsait yönəldilib.

Azərbaycan Dövlət Statistika Komitəsindən bildirildi ki, bu göstəricinin azalması neft sektoruna investisiyaların azalması ilə əlaqədardır, belə ki qeyri-neft sektoruna yönəldilmiş vəsaitlər 19%, qeyri-neft sənayesinə yönəldilmiş vəsaitlər isə 65,5% artmışdır.

“İnvestisiyaların 72,5%-i inşaat-quraşdırma işlərinə, 71,1%-i istehsalat obyektlərinin, 21,1%-i xidmət obyektlərinin, 7,8%-i isə ümumi sahəsi 1097,1 kvadrat kilometr olan yaşayış binalarının tikintisinə yönəldilib. Daxili mənbələrdən əsas kapitala yatırılan vəsaitlərin həcmi 56,6% təşkil edib”, - Komitədən belə xəbər verildi.

Məlumatda deyilir ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8%, bank kreditləri 13,7%, büdcə vəsaitləri 24,9%, əhalinin şəxsi vəsaitləri 6,3%, büdcədənkənar fondların vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,7% təşkil edib.

 

Other news