Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır

15:33 - 14.08.2018


14 avqust, Fineko/abc.az. Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in məlumatında deyilir ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

“Eyni zamanda 2016-cı ilin sentyabr ayından başlayaraq, yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı il tarixində quraşdırılıb və bu günə kimi 186 yoldəyişən yenisi ilə əvəz olunub”, - deyə məlumatda bildirilir.

Hazırda Padar stansiyasında 14 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək.

 

Other news