Azərbaycan Əmanətlərin Sığortalanması Fondu elektron hesabat sistemi yaratdı

17:12 - 15.08.2018


15 avqust, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu  (AƏSF) elektron hesabat sistemi yaradıb.

AƏSF-in məlumatında deyilir ki, yeni sistem, bankların hesabatlarının vahid formada qəbul edilməsi və idarə edilməsi məqsədilə yaradılıb.

“Banklar, Əmanətlərin Sığortalanması Fonduna təqdim etdikləri elektron imza sertifikatlarından isitfadə etməklə sistemə daxil edə biləcəklər. Bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla Fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, ləğv prosesində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir.

Həmin sistem, ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının “Asan ödəniş” terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.

 

 

Other news