Bakı-Quba yolunun 28-45 km hissəsində təmir işlərinə başlanılıb

11:10 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri yolun Quba istiqamətində aparılır. Təmir işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılıb.
Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Other news