2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM-in artımı 0,2% təşkil edib

12:26 - 16.08.2018


16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ÜDM-i 43478,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,2% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında qeyri-neft ÜDM-i 24326,0 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 0,9% çoxdur.

Neft sektoru ÜDM-in 19152,6 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 0,8% azdır.

2018-ci ilin yanvar-iyul aylarında adambaşına düşən ÜDM 4,436,3 manat təşkil edib ki, bu da  əvvəlki ilə nisbətən 0,7% azdır.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir.

Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər 8,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, informasiya və rabitə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 0,6 faiz, digər xidmət sahələrində 0,2 faiz artmış, tikintidə isə 17,9 faiz azalmışdır.

ÜDM istehsalının 46,9 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,4 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,2 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,0 faizini təşkil etmişdir.

 

Other news