Avqustun 17-nə olan hava proqnozu

15:10 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Sabah, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturuAbşeron yarımadasında gecə 21-24, gündüz 28-33,  Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756  mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Avqustun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz  30-35, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə isti təşkil edəcək.

 

Other news