2018-ci ilin 6 ayı ərzində Azərbaycan neft ixracını 1% artırıb, qaz ixracını isə 1,8% azaldıb

17:03 - 16.08.2018


16 avqust, Fineko/abc.az. 2018-ci ilin birinci yarısında Azərbaycan 16 258,4 min ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin birinci yarısında Azərbaycan 4,487,7 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,8% azdır.

“Yanvar-iyun aylarında Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri 8,086,810 min dollar təşkil edib ki, bu da 2017-ci ilin 1 yarısının göstəricisindən 41,2% çoxdur”, - məlumatda belə deyilir.

2018-ci ilin yanvar-iyun aylarında ixrac olunan neftin həcmi 694 5438,3 min dollar məbləğində 13 564,8 min ton təşkil edib.

“Yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən qazın ümumi həcmi 753 241,2 min dollar təşkil edib ki, bu da 2017-ci ilin 1-ci yarısının göstəricisindən 12,1% çoxdur”, - məlumatda belə deyilir.

2018-ci ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən rəsmiləşdirilən qaz ixracı 570 337,1 min dollar məbləğində 3 101 milyon kubmetr təşkil edib.

 

Other news