Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

14:15 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Bu il Azərbaycanın ümumtəhsil məktəblərində və universitetlərdə dərslər sentyabr ayının 15-də başlamayacaq.

Buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir.

Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

 

 

Other news