ABŞ-ın “Texas A&M” Universitetinin əməkdaşları Aqrar Universitetdə olublar

14:45 - 17.08.2018


17 avqust, Fineko/abc.az. ABŞ-ın “Texas A&M” Universitetinin professorları Steven Hauge və McCrockle, “Aqro Mərkəz” təşkilatının nümayəndəsi Üzeyir Topçubaşov Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. Qonaqlar universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüblər.

Onlara ADAU-nun tarixi və bu günü, tədris prosesi, aparılan tədqiqatlar barədə məlumat verilib. Görüşdə universitetlərarası əlaqələrin inkişafı, tələbə mübadiləsi, pambıqçılıq sahəsində birgə layihələrin yerinə yetirilməsi məsələləri müzakirə olunub. Əməkdaşlığın ilkin mərhələsi kimi ADAU-nun bir qrup tələbəsinin ABŞ-a göndərilməsi barədə razılığa gəlinib.

Məlumat üçün bildirək ki, ABŞ-ın “Texas A&M” Universiteti Birləşmiş Ştatların 7-ci, Texasın isə ən böyük ali təhsil müəssisəsi hesab edilir. Burada torpaqşünaslıq, okeanşünaslıq və kosmonavtika sahəsində tədqiqatlar aparılır. Universitetin layihələri NASA, ABŞ-ın Milli Sağlamlıq İnstitutu, Milli Bilik Fondu və Hərbi Dəniz Araşdırmaları kimi iri təşkilatlar tərəfindən maliyyələşdirilir.

 

Other news