330x110
 

AZTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji turizmin birgə təşviqinə başladılar

17.08.2018,15:48


17 avqust, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir.

AZTA-nın məlumatında deyilir ki, nazirliyin dəstəyi ilə AZTA üzvləri üçün Şirvan Milli Park ərazisinə infotur təşkil olunub.

“İnfotur iştirakçıları milli flora və fauna, o cümlədən nadir bitki və heyvanların saxlanılması şəraiti ilə tanış olublar. Turizm şirkətlərinin nümayəndələri Şirvan Milli Parkının yerli turizm marşrutlarına daxil edilməsi barədə qərara gəliblər. Bununla da AZTA və nazirlik ekoloji turizmin inkişafı və təbliği sahəsində birgə layihəni reallaşdırmağa başlayıblar”, - məlumatda belə deyilir.

Bu, Azərbaycan Turizm Assosiasiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilk layihəsidir. Gələcəkdə bu kimi layihələr davam etdiriləcəkdir.

 

Keywords: AZTA