“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Güzdək qəsəbəsi olacaq

16:44 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşları operativ xidmətlə təmin edən  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Güzdək qəsəbəsi olacaq. Belə ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 20-24 avqust tarixlərində (bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Güzdək qəsəbəsi, Elman Heydərov küçəsi (icra nümayəndəliyinin yanı) ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi 13 ünvanında vətəndaşlara xidmət göstərir.

Other news