Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 87 əcnəbi saxlanılıb

16:49 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Son dörd gün ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 87 əcnəbi saxlanılıb. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı ayrı-ayrı ölkələrin vətəndaşları olan ümu­­mi­likdə 87 əc­­nə­bi sax­­­la­nıl­ıb.

Onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 78-nin barəsində inzibati qərarlar qəbul edilib,  digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zəni da­vam etdirir.

Other news