Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq

17:00 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları, C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazinin xatirəsinə həsr edilən tədbir keçiriləcək.
Tədbirdə Niyazinin həyat və yaradıcılığı haqqında çıxışlar dinləniləcək, tanınmış insanlar maestro ilə bağlı xatirələrini bölüşəcək, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou, Niyazinin dirijorluğu ilə konsertlərdən videofraqmentlər nümayiş etdiriləcək. Həmçinin avqustun 20-si muzeydə “Açıq qapı” günü olacaq.

 

Other news