AQTA Qurban bayramında heyvan kəsimi və satışının həyata keçiriləcəyi ünvanları açıqladı

11:21 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir.Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir.

 

Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
S/s Rayonlar Heyvan kəsimi və satışı məntəqələrinin ünvanları
1 Səbail rayonu Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası)
2   20-ci sahə  (Badamdar şossesi)
3 Xətai rayonu Zığ yolu  (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
4   Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi
5 Binəqədi rayonu Biləcəri qəsəbəsi , Xocəsən -Biləcəri - Binəqədi yolu (dördyol adlanan yer)
6   Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı)
7   Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu")
8   Şərifzadə küçəsi 196
9 Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7
10   M.Xiyabani küçəsi 10c
11   Lökbatan qəsəbəsi    ("Meyvəli"  MMC-nin ərazisi)
12 Qaradağ rayonu Aqrovest MMC  (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)
13   "Qoç-ət" MMC , Lökbatan qəsəbəsi
14 Nizami rayonu M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi
15   "Azər-Aqro" MMC , Yeni Bakı Neftayırma  Zavodu dairəsi
16   Əliyar Əliyev küçəsi 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
17 Nərimanov rayonu Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı
18   Əlyar Əliyev küçəsi 36a   ("Təbriz" KM, Keşlə bazarı)
19 Suraxanı rayonu Hövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)
20   Yeni Günəşli  V massivi  ("Günəş" Ticarət Mərkəzi)
21 Xəzər rayonu Qala qəsəbəsi Dəmiryol stansiyası  (“Lambir” müəssisənin arxası)
22   Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC
23 Abşeron rayonu "Səhliyalı" MMC,Xırdalan şəhəri Quşçuluq massivi
24   Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə
25   Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi
26   Zabrat-Maştağa şosesi  ("Kanal" marketin yanı)
27   Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72
28 Sabunçu rayonu Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107
29   Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)
30   Ramana qəsəbəsi, Şuşa küçəsi  
31   Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
32   Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC
33   Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

 

 

Other news