Muxtar Babayev Masallı şəhərində vətəndaşları qəbul edəcək

12:20 - 20.08.2018


20 avqust, Fineko/abc.az.  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 31 avqust 2018-ci il tarixində saat 09:30-da Masallı  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi) Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi 75) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 025-25-4-70-54) xahiş olunur.

 

Other news