Bayram günlərində və bu həftə sonları “Bakmil” stansiyası adi qaydada işləyəcək

19:12 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Qurban bayramında (22-23 avqust) və həftə sonları (25-26 avqust) Bakı metrosunun “Bakmil” stansiyası adi qaydada işləyəcək.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.

Qeyd edilən tarixlərdə sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.

Other news