Bakı Nəqliyyat Agentliyi paytaxtda piyada keçidlərini modernləşdirir

10:43 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) piyada keçidlərinin keyfiyyətinin artırılması üzrə tədbirlər görür.

Agentliyin məlumatında deyilir ki, 2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı çatışmazlıqlar  aşkar edilib və indi onların ləğv edilməsi üzrə tədbirlər görülür.

“Müxtəlif küçələrdə və prospektlərdə standartlara uyğun olmayan keçidlər yenidən qurulmuş və istifadəyə verilmişdir. Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədi ilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, bu istiqamətdə aparılan işlər davam etdirilir.

 


Other news