Bakı ilə Minvodı arasında dəmir yolu əlaqəsi yarana bilər

12:15 - 24.08.2018


24 avqust, Fineko/abc.az. “Rusiya Dəmir Yolları” (RDY) infrastrukturun hazırlığı halında,  Minvodı ilə Bakı arasında “Lastoçka” sürət qatarının işə salınması layihəsini nəzərdən keçirməyə hazırdır. 

Şimali Qafqaz Dəmir Yolunun (ŞQDY) mətbuat xidmətindən verilən məlumata görə, işə salındığı halda qatarın keçəcəyi Dağıstanın və Stavropol diyarının hakimiyyət orqanları hesab edirlər ki, bu layihə turist axınını artırmağa və regiona əlavə investisiyalar cəlb etməyə imkan yaradacaq.

“Layihənin əsas məqsədi, vaxtı azaltmaq və  turistlərin Bakıdan Minvodı şəhərinə qədər gedişinin rahatlığını artırmaq, habelə bu istiqamətdə turist axınını artırmaqdan ibarətdir. Belə bir dəmir yolu marşrutu yaranarsa, Minvodıdan Dərbəndə 3,5 saata, Bakıya isə 4,5 saata çatmaq mümkün olacaq”, - mətbuat mərkəzindən belə bildirdilər.

“RDY” ASC SQDY və sərnişindaşımanın inkişafı və infrastrukturun istifadəsi üzrə regional xidmət şəxsində, “Lastoçka” qatarı ilə Mineralnıye Vodı – Bakı marşrutu üzrə dəmir yolu əlaqəsinin təşkili üzrə layihəni, göstərilən hərəkət qatarının hərəkət etməsinə dəmiryolu infrastrukturunun hazırlığı, həmçinin daşıyıcı “FPK” SC tərəfindən  sözügedən marşrutun tələb olunmasının təsdiqi halında, nəzərdən keçirməyə hazırdır.

 

Other news