İosif Kobzon vəfat etdi

15:40 - 30.08.2018


30 avqust, Fineko/abc.az. Moskvada 81 yaşında SSRİ xalq artisti,  Mədəniyyət Komitəsi sədrinin birinci  müavini İosif Kobzon vəfat edib.

2005-ci ildə İosif Kobzona xərçəng diaqnozu qoyulmuşdur.

İosif Kobzon iyunun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, bir neçə dəfə əməliyyat olunub və kimyaterapiya kursu keçib. İyulun 27-də müğənni süni ventilyasiya aparatına qoşulmuşdur.

Kobzon 1937-ci il sentyabrın 11-də Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində anadan olub, uşaqlıqdan oxumağa başlayıb. Hələ 9 yaşı olarkən o, Kremldə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi İosif Stalinin qarşısında çıxış edərək, “Köçəri quşlar uçur” mahnısını ifa etmişdir.

Qeyd edək ki, İosif Kobzon Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Prezidentinin fəxri diplomu, Şöhrət ordeni və Dostluq ordeni ilə təltif edilib.

 

Other news