Azərbaycanda biznes sahəsində aparılan yoxlamalara dair moratorium daha iki ilə uzadıldı

11:13 - 6.11.2017


6 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilən düzəlişləri  təsdiq etdi.

Dəyişikliklərə əsasən, yoxlamaların dayandırılması müddəti 1 yanvar 2021-ci il tarixinə qədər uzadıldı.

Sahibkarlıq sahəsində   yoxlamaların aparılmasına dair moratoriumun tətbiq edilməsi haqqında ilk qərar  2015-ci ilin noyabr ayında, 2 il müddətinə qəbul edilmişdir.

 

Other news