“Abituriyent” jurnalının on birinci nömrəsi çapdan çıxıb

11:17 - 1.09.2018


1 sentyabr, Fineko/abc.az. Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunmuşdur. 

Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal/) .


Other news