Azərbaycan Rusiyaya gəlmə turizm üzrə ilk beşlikdədir

10:03 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi 2018-ci ilin ilk 6 ayında Rusiyaya gəlmə turizm ölkələrinin reytinqini təqdim edib.

Agentliyin məlumatına görə, reytinq xarici vətəndaşların  Rusiyaya gəlmə turizm səfərlərinin statistika təhlilinin nəticələrinə əsasən tərtib edilib.

“2018-ci ildə Rusiyaya gəlmə turizm,  Futbol üzrə 2018-ci il dünya çempionatının iştirakçı ölkələrindən və Cənub-Şərqi Asiya ölkələrindən gələn xarici turistlərin hesabına artmışdır”, - məlumatda belə deyilir.

“TurStat”ın məlumatına görə, Çin, 2018-ci ilin 6 ayı nəticəsində 2018-ci ildə Rusiyaya gəlmə turizmin artmasında  667 minlik gəlmə səfərlə liderdir.

2018-ci ilin 6 ayı ərzində Rusiyaya gəlmə turizm səfərlər baxımından ölkələrin ilk onluğu: Ukrayna - 3 730 səfər (əvvəlki ilə görə -4%), Qazaxıstan - 1,544 min (+ 1%), Çin - 667 min (+ 21%), Finlandiya - 461 min (-9%), Azərbaycan - 396 min (-2%), Polşa - 346 min (-9%), Almaniya - 262 min (+10%), Ermənistan - 260 min (-8%), Moldova - 228 min (-7%) və Estoniya - 213 min (+ 15%).

 

Other news