“Azəriqaz” bu gün qazın verilişində fasilələrin olacağını bildirir

13:23 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. “Azəriqaz”, bu gün 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərində təmir işləri ilə bağlı qaz təchizatının dayandırılacağını bildirir.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir ki, “Sulutəpə”, “Alatava”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Təmir bərpa işləri ilə bağlı, Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”, - “Azəriqaz”ın məlumatında belə deyilir.

Görülən  təmir işlərinin Yasamal və Nərimanov rayonlarının, həmçinin Yeni yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Musdafayev  küçələrinin  bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

 

Other news