Cəlilabad-Masallı mənzilində 13,4 kilometr dəmir yolu əsaslı təmir edilir

12:58 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Cəlilabad-Masallı mənzilində 13,4 kilometr dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

Mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 kilometr baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

Hazırda Cəlilabad-Masallı mənzilində 13,4 kilometrlik yolun əsaslı təmir işləri icra olunur. Təmir işlərini 5 saylı “İDYM” MMC-nin kollektivi həyata keçirir.

“Bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir”, - deyə “Azərbaycan Dəmir Yolları”nın məlumatında qeyd olunur.

 

Other news