Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18:01 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-55, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 70 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 14  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Salyan məntəqəsində 2, Bankədə 5 sm artım, Araz çayının Novruzlu məntəqəsində 51 sm azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 sm (2017-ci il sentyabrın 10-da 324 sm), Şirvanda 195 sm (2017-ci il sentyabrın 10-da 213 sm), Salyanda 135 sm (2017-ci il sentyabrın 10-da 137 sm), Bankədə 187 sm (2017-ci il sentyabrın 10-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 31 sm (2017-ci il sentyabrın 10-da 60 sm) təşkil edir.

Other news