12:59 - 13.09.2018
13 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi və Universitas İnternational şirkəti mühasiblər üçün Mühasibat uçotu və vergitutma üzrə praktikum elan edir.
Son zamanlar “Mühasibat uçotu haqqında” Qanuna olan dəyişikliklər vergitutmada uçotun əhəmiyyətini daha da artırmışdır. Sizə təqdim olunan qısamüddətli praktikum uçot zamanı qarşıya çıxan bir sıra problemlərin həllində əhəmiyyətli rol oynayacaq. Praktikumu əhatə edən mövzular daha çox vergi yoxlamaları zamanı mühasiblərin qarşılaşdığı problemlərin praktiki nümunələrlə izahına yönəlib.
Praktikumun sonunda iştirakçıların mövzular üzrə praktiki bilikləri daha da artacaq və bu istiqamətdə gündəlik təcrübələrində qarşılaşdıqları problemləri asanlıqla aradan qaldıracaqlar.
Təlim aşağıdakı mövzuları əhatə edir və bunlarla məhdudlaşmır:
Təlim üsulu
Müddəti:16 akademik saat, 06.10.2018 – 27.10.2018
Saat: 10:00 – 13:00, həftənin şənbə günləri
Qiymət: Təlim 125 manata təqdim olunur.
Dil: Azərbaycan
Təlim qiymətinə daxil edilir: tədris vəsaitləri, imtahan, çay və kofe
Təlimə qoşulmaq istəyən şəxslərdən aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlamaları xahiş olunur.
Telefon: (+994 12) 403 88 72
(+994 55) 222 35 62
Email: [email protected]
Sayt: www.universitasinternational.com
Təlimçi- Qalib Tanrıverdiyev: Mühasibatlıq sahəsində 15 ildən çox təcrübəyə sahib olan Qalib Tanrıverdiyev tikinti, istehsal, ticarət və xidmət sahələri üzrə müəssisələrdə auditor, mühasib və baş mühasib vəzifələrində çalışmışdır. 10 ildən artıqdır mühasibatlıq mövzuları üzrə təlimlər aparır. 2010- cu ildən etibarən Vergilər Nazirliyinin Tədris Mərkəzində fəaliyyət göstərir, hazırda həmin Mərkəzin İqtisadiyyat və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktorudur.
Beynəlxalq mühasibat uçotunun əsasları (F3) və Beynəlxalq Daxili Auditorlar İnstitutunun tədris proqramına uyğun olaraq “Daxili Auditin Əsasları” kurslarında iştirak etmişdir. Təlimçi, Vergilər Nazirliyi tərəfindən keçirilən səyyar vergi yoxlamaları sahəsində geniş təcrübəyə malikdir.
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
27 March 2024
28 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024