Energetika Nazirliyi Gürcüstanda CAREC çərçivəsində keçirilmiş tədbirlərdə təmsil olunub

17:40 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. 10-12 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İnkişaf Proqramı (CAREC) çərçivəsində Enerji Sektorunun Əlaqələndirici Komitəsinin növbəti 28-ci iclası və 3-cü Enerji İnvestisiya Forumu keçirilib.

            Enerji Sektorunun Əlaqələndirici Komitəsinin iclasında iri regional layihələr haqqında yenilənmiş məlumatlar və elektrik enerjisinin ticarəti üzrə tədbirlərə dair sessiya çərçivəsində təqdimatlar dinlənilib. Tədbirdə iştirak edən Energetika Nazirliyinin nümayəndəsi Asəf Rzayev “Xəzər dənizinə dair razılaşma” haqqında təqdimatla çıxış edərək, təbiiresurslarlazənginXəzər dənizi vasitəsilə Azərbaycanın həyata keçirdiyi neft-qaz, enerji layihələri, mövcud tranzit yolları barədə məlumat verib, Xəzərdənizininkarbohidrogenehtiyatları hesabına Avropavə Asiyanınenerjiresursları ilə təminedilməsində mühümrolundan bəhs edib. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanmışXəzərinhüquqistatusunadairKonvensiyanın əhəmiyyətinə toxunaraq,bu tarixi sənədingələcəkdə böyük enerji layihələrinin reallaşmasına,region ölkələriarasında əməkdaşlığın daha da inkişaf etməsinəmühümtöhfələrverəcəyiniqeyd edib.

Sonra Gürcüstan Respublikasında 2016-cı ildə istismara verilmiş ümumi gücü 178 MVt olan “Acariskali” Su Elektrik Stansiyasına baxış keçirilib.

CAREC çərçivəsində təşkil edilən3-cü Enerji İnvestisiya Forumunda isəalternativ və bərpa olunan enerji layihələri, elektromobillər, hidroenergetika, enerji effektivliyi və yüksək texnologiyalara dair sessiyalar keçirilib və çıxışlar dinlənilib.

 

 

 

 

Other news