Azərbaycan neftinin qiyməti bir barelə 79,69 dollar təşkil etdi

10:40 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,81 dollar (2,22%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,69 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti cümə axşamı günü, 13 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,78 dollar (2,53%) azalaraq bir barelə 68,59 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin noyabr fyuçersinin qiyməti 13 sentyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,56 dollar (1,96%) azalaraq  bir barelə 78,18 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 9,59 dollar / barelə təşkil edir.

 

Other news