Maliyyə naziri: 2018-ci ildə işıq və su tarifləri qaldırılmayacaq

16:37 - 7.11.2017


7 noyabr, Fineko/abc.az. Azərbaycan Hökumətində 2018-ci ildə kommunal xidmətlərin, xüsusilə, işıq və su tariflərinin artırılması məsələsinə baxılmır.

Ölkənin 2018-ci ilin dövlət büdcəsi  layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirdi ki, büdcədən “Azərişıq” ASC-nə 55 milyon manat və “Azərsu” ASC-nə 22 milyon manat həcmində ssuda ayrılacaq.

“Ssudanın verilməsi əsasən tariflərin strukturu ilə bağlıdır. Biz tarifləri yüksəldə bilmərik, çünki bu, əhalinin maliyyə durumuna birbaşa təsir edir. Lakin, belə vəziyyət həmçinin həmin təşkilatların maliyyə durumuna da təsir edir, buna görə də biz uyğun variant seçməliyik”, - nazir belə deyib.

 

Other news